HR Konsaltinq Xidmətlərimiz şirkətinizin insan resursları potensialını maksimum dərəcədə artırmaq üçün strateji dəstək təklif edir. Biznesinizin hədəflərinə uyğun olaraq, işə qəbul proseslərindən tutmuş, əmək qanunvericiliyinə uyğunluğa və daxili HR prosedurlarının qurulmasına qədər bütün mərhələlərdə peşəkar həllər təqdim edirik. İnsan resursları idarəetməsini effektiv şəkildə təşkil etməklə sizə həm vaxtınıza, həm də resurslarınıza qənaət etməyə kömək edirik.
HR Balance sizin üçün HR Outsourcing həllərini təmin edərək, kadr işlərinin rəsmiləşdirilməsi, əmək müqavilələrinin audit yoxlaması və daxili siyasətlərin hazırlanması kimi kompleks məsələləri öz üzərimizə götürürük. Bu, sizə əsas fəaliyyət sahələrinizə fokuslanmaq imkanı verir. Mütəxəssislərimiz Azərbaycanda qüvvədə olan əmək qanunvericiliyindəki bütün dəyişiklikləri izləyir və şirkətinizin hüquqi risklərini minimuma endirir.
- Vakansiyaların hazırlanması
- Namizəd axtarışı və ilkin seçim
- Müsahibə keçirilməsi
- İşə uyğunluq analizi
- Talent bazasının yaradılması
- Əmək Məcəlləsinə əsasən sənədlərin yoxlanması
- Qanunvericilikdəki dəyişikliklərin tətbiqi
- Hüquqi audit və risklərin müəyyən edilməsi
- Əmək müqavilələrinin audit yoxlaması
- İşçilərin davranış qaydaları
- Məzuniyyət siyasəti
- İntizam və mükafatlandırma prosedurları
- Şirkət adından HR proseslərinin tam idarə olunması
- Kiçik və orta biznes üçün sərfəli həll
