Korporativ Hüquq Xidmətlərimiz şirkətinizin həm daxili, həm də xarici münasibətlərdə hüquqi müdafiəsini təmin edir. Biz biznesinizi hüquqi risklərdən qorumaq üçün Korporativ Hüquq, Müqavilə Hüququ və məhkəmə işləri üzrə tam dəstək göstəririk. Şirkət qeydiyyatı, yenidən təşkili, lisenziya alınması və digər dövlət reyestri əməliyyatları üzrə peşəkar hüquqi məsləhət alacaqsınız.
Əsas diqqətimiz Müqavilə Hüququ üzərindədir. Biz sizin bütün növ müqavilələrinizi (kommersiya, xidmət, icarə, əmək) hazırlayır, hüquqi ekspertizasını keçirir və riskləri minimuma endiririk. Əgər məhkəmə mübahisəsi zəruri olarsa, hüquqi təmsilçilik xidmətlərimiz vasitəsilə maraqlarınızı bütün instansiyalarda müdafiə edirik. Borc öhdəlikləri və icra proseslərində də etibarlı tərəfdaşınızıyıq.- Müxtəlif növ müqavilələrin hazırlanması (alqı-satqı, xidmət, icarə, tikinti və s.)
- Hazır müqavilələrin hüquqi ekspertizası
- Beynəlxalq müqavilələrin uyğunlaşdırılması
- Risk analizi müqavilə şərtlərinin
- İddia ərizələrinin və cavabların hazırlanması
- Şirkətin məhkəmədə müdafiəsi (mülki, əmək, kommersiya işləri)
- İcra prosesinin izlənməsi və icraatda hüquqi dəstək
- Vasitəçilik (mediasiya) və barışıq proseslərində iştirak
- MMC, ASC və digər təşkilati-hüquqi formaların yaradılması
- Təsisçi dəyişikliyi, nizamnamə dəyişiklikləri
- Direktor dəyişiklikləri, hüquqi ünvan və digər dövlət reyestr yenilənmələri
- Şirkətin bölünməsi, birləşməsi və ya ləğvi prosesində hüquqi dəstək
- Müəyyən fəaliyyət sahələri üzrə (təhsil, tibb, tikinti, nəqliyyat və s.) lisenziyaların alınması
- İcazə və qeydiyyat prosedurlarında iştirak
- Dövlət organları ilə yazışmalar və sənədləşmə
- İstənilən hüquqi məsələ üzrə yazılı və şifahi məsləhətlər
- Qanunvericilik dəyişikliklərinin təhlili və izahı
- Sahibkarlıq fəaliyyəti üçün hüquqi dəstək
- Xarici investorlar və müqavilələr üzrə hüquqi yönləndirmə
- Borcun hüquqi yolla geri alınması (pretensiya məktubları, iddialar)
- Gecikdirilmiş ödənişlər üzrə hüquqi təzyiq
- Borclu tərəflərlə razılaşma müqavilələrinin hazırlanması
